Simptomlar

Sol göz qapağının atması

Göz atması
Göz atması, göz qapağının nəzarətsiz şəkildə titrəməsi və ya əsməsi kimi baş verir. Adətən bu problem  qısa müddətdə keçib gedir. Lakin bəzən yorğunluq, stress və ya bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər. 

Göz atması nədən olur?

Göz atması nədən olur? Göz atmasının səbəbləri çox fərqli ola bilər. Əsasən stress, yorğunluq və ya kofein kimi stimullaşdırıcı maddələrin çox istifadəsi ilə bağlıdır. Bəzən isə vitamin çatışmazlığı və ya sinir sistemi problemləri buna səbəb ola bilər.

Göz atmasının səbəbləri

Göz atmasının səbəbləri nələrdir? Bu səbəbləri aşağıdakı şəkildə sıralaya bilərik:

  • Stress və yorğunluq: Uzun müddət iş və ya az yuxu göz qapağının əsməsinə səbəb olur.
  • Kofein və enerji içkiləri: Bu maddələr sinirləri həddindən artıq stimullaşdıraraq göz əsməsinə yol açır.
  • Vitamin çatışmazlığı: Maqnezium çatışmazlığı buna səbəb ola bilər.
  • Sinir sistemi problemləri: Nadirdir, lakin bəzi hallarda göz əsməsi ciddi nevroloji xəstəliklərlə əlaqəli ola bilər.

Sol göz qapağının atması

Sol göz qapağının atması müxtəlif səbəblərdən yarana bilir. Göz qapağının qeyri-ixtiyari atması tibbdə "miokimiya" adlandırılır. Əksər hallarda spazm bir gözün aşağı göz qapağında olur. Lakin bəzən bu yuxarı göz qapağında da müşahidə oluna bilir. Bu hal, yəni sol göz atması qəfildən başlayır və tez də qurtarır. Ancaq bəzən əks hal yaşana bilir. Belə ki, bəzən həkim müdaxiləsi lazım ola bilər. Bir neçə həftə, hətta bir neçə ay ərzində davam edən sol gözün atması zamanı həkimə müraciət etmək lazımdır. Beləliklə, səbəb daha tez müəyyənləşəcək və laızm gələrsə, müalicəyə başlanılacaqdır. Sol göz atması kimi bir probleminiz varsa, bu problem uzun müddət davam edirsə, o zaman həkimə müraciət etməyiniz tövsiyyə olunur.

Sağ gözün atması

Sağ gözün atması, tibbi dildə göz səyriməsi olaraq tanınan bir vəziyyətdir. Qəfildən başlayan gözün atması bir neçə saniyə, hətta dəqiqələr boyunca davam edə bilər. Sağ göz atması ümumiyyətlə ciddi bir xəstəliyin göstəricisi olmasa da, davamlı təkrarlanması və uzun müddət keçməməsi müəyyən sağlamlıq problemlərindən xəbər verə bilər. Bu vəziyyətdə göz həkimi və ya nevroloqa müraciət etmək mütləqdir. Göz sağlamlığınızı qorumaq üçün stressdən uzaq durmaq, düzgün qidalanmaq və mütəmadi olaraq gözlərə istirahət vermək ən yaxşı addımlardır. Unutmayın ki, göz səyriməsi tez-tez təkrarlanırsa, bu vəziyyəti ciddiyə alaraq vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Sağ göz atması uzun müddət davam edərsə, Sağlam Ailə-nin peşəkar həkimlərinə müraciət edə bilərsiniz.

 
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi