Bədən çəkisinin optimallaşdırılması təkcə estetik məqsəd daşımır, eyni zamanda ümumi sağlamlıq üçün olduqca vacibdir.
Vitamin və mikroelement çatışmazlığı, balanssız qidalanma, zülal, yağ və karbohidrat nisbətinin düzgün seçilməməsi, həmçinin oturaq həyat tərzi kimi faktorlar bədən çəkisinə nəzarəti çətinləşdirir. Bu isə yalnız fiziki deyil, eyni zamanda psixoloji rifaha da mənfi təsir göstərir.
Çəkidəki disbalans orqanizmdə metabolik və hormonal pozuntulara yol açmaqla yanaşı, insanın gündəlik enerjisinə və ruh halına da mənfi şəkildə təsir edə bilər.
3 aylıq çəki nəzarət proqramına daxildir:
Əsasən, 5 hissədən ibarətdir.
1. Laborator analizlər vasitəsilə ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ilkin təəssüratın yaranması
Proqramı əldə edən pasiyent ilkin mərhələdə səhər saatlarında ,ac qarına, ən azı 8 saat öncədən qida və maye qəbulunu dayandıraraq, alkoqol və siqaret istifadəsini məhdudlaşdıraraq laborator və instrumental müayinələr üçün yaxınlaşmalıdır. Bu zaman aşağıdakı analiz və müayinələr aparılır:
- Kalsium(Ca),Maqnezium(Mg),Fosfor(P)
- 25-OH vitamin D
- Albumin
- Homosistein
- İnsulin,Qlükoza,İnsulin rezistentliyi
- C-reaktiv zülal
- Ferritin,Dəmir(Fe)
- TSH,sərbəst T4
- Kortizol
- Sidiyin kliniki analizi, Qanın kliniki analizi
- Abdominal USM(qaraciyər,öd kisəsi,mədəaltı vəzi,dalaq,böyrəklər,sidik kisəsi,sidik axarları)
- EKQ
2. Həkim qəbulu,nəticələrin dəyərləndirilməsi
Edilən analiz və müayinələrin nəticələri tam əldə edildikdən sonra təqribən proqramın 3-5-ci günlərində həkim qəbuluna yaxınlaşılır. Həkim qəbulu zamanı
- Nəticələr qiymətləndirilir,sağlamlıq vəziyyətindəki real dəyişikliklər aydınlaşdırılır,
- İnBody müayinəsi aparılır- bədən yağ,əzələ və s. kütləsinin fərdi göstəricilərlə cihaz vasitəsilə təyini
- SoCheck Müayinəsi aparılır- hüceyrə daxili minerallar,ağır metallar orqanizmin daxili balansı təyin edilməsi
Bütün müayinələr sonrası fərdə uyğun xüsusi qidalanma proqramı tərtib edilir. Ehtiyac olduğu təqdirdə vitamin,minerallar qida əlavəsi kimi qəbul edilə bilər.
3. Təkrari nəzarət, qidalanma proqramı dəyişiklikləri
Bu mərhələdə təkrari olaraq həkim qəbulu və İnBody müayinəsi aparılır. Hazırlanmış qidalanma proqramının effektivliyi ölçülür,lazımi dəyişikliklər edilir.
4. Təkrari nəzarət, qidalanma proqramı dəyişiklikləri
3-cü mərhələ ilə tərkib olaraq eynidir. Dövri həkim qəbulu proqramın effektivliyini təmin edir.
5. Son qiymətləndirilmələrin aparılması ,proqram sonrası tövsiyələr
Bu mərhələdə əvvəlcə yenidən bir qisim analiz və müayinələr edilir,daha sonra nəticələr ilə həkim qəbuluna yaxınlaşılır. Bunlara aiddir:
- Qanın kliniki analizi
- 25-OH vitamin D
- Homosistein
- İnsulin,Qlükoza,İnsulin rezistentliyi
- C-reaktiv zülal
- Ferritin
- Lipid spektri(xolesterin,triqliseridlər,LDL,HDL,VLDL,Atorgenlik indeksi)
- Həkim qəbulunda isə təkrari
- İnBody müayinəsi
- SoCheck müayinəsi aparılır.
Müayinələr edilir,nəticələr qiymətləndirilir, qidalanma proqramı yenidən tərtib edilir. Proqram sonrası nəticənin davamlılığı üçün tövsiyələr verilir.
1-ci gün
Proqram əldə edilir,analizlər verilir.
3-5-ci günlər
Analiz nəticələri ilə həkim müayinəsi
30-33-cü günlər
Qidalanma proqramı və çəki üzərində nəzarət
59-61-ci günlər
Qidalanma proqramı və çəki üzərində nəzarət
84-85-ci günlər
Təkrar bəzi analizlər verilsin
88-90-cı günlər
Qidalanma proqramında son dəyişikliklər, tövsiyələr
5.
Unutmayın sağlamlıq tərəzdə deyil,tarazlıqda başlayır!