Ümumi

Bədən çəkisinin optimallaşdırılması təkcə estetik məqsəd daşımır, eyni zamanda ümumi sağlamlıq üçün olduqca vacibdir.

Vitamin və mikroelement çatışmazlığı, balanssız qidalanma, zülal, yağ və karbohidrat nisbətinin düzgün seçilməməsi, həmçinin oturaq həyat tərzi kimi faktorlar bədən çəkisinə nəzarəti çətinləşdirir. Bu isə yalnız fiziki deyil, eyni zamanda psixoloji rifaha da mənfi təsir göstərir.

Çəkidəki disbalans orqanizmdə metabolik və hormonal pozuntulara yol açmaqla yanaşı, insanın gündəlik enerjisinə və ruh halına da mənfi şəkildə təsir edə bilər.

6 aylıq çəki nəzarət proqramına daxildir:

Əsasən, 8 hissədən ibarətdir.

1.Laborator analizlər vasitəsilə ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ilkin təəssüratın yaranması

Proqramı əldə edən pasiyent ilkin mərhələdə səhər saatlarında ,ac qarına, ən azı 8 saat öncədən qida və maye qəbulunu dayandıraraq, alkoqol və siqaret istifadəsini məhdudlaşdıraraq laborator və instrumental müayinələr üçün yaxınlaşmalıdır. Bu zaman aşağıdakı analiz müayinələr aparılır:

  • Kalsium(Ca),Maqnezium(Mg),Fosfor(P)
  • 25-OH vitamin D
  • Albumin
  • Homosistein
  • İnsulin,Qlükoza,İnsulin rezistentliyi
  • C-reaktiv zülal
  • Ferritin,Dəmir(Fe)
  • TSH,sərbəst T4
  • Kortizol
  • Sidiyin kliniki analizi, Qanın kliniki analizi
  • Abdominal USM(qaraciyər,öd kisəsi,mədəaltı vəzi,dalaq,böyrəklər,sidik kisəsi,sidik axarları)
  • EKQ

 

 2. Həkim qəbulu,nəticələrin dəyərləndirilməsi

Edilən analiz və müayinələrin nəticələri tam əldə edildikdən sonra təqribən proqramın 3-5-ci günlərində həkim qəbuluna yaxınlaşılır. Həkim qəbulu zamanı

  • Nəticələr qiymətləndirilir,sağlamlıq vəziyyətindəki real dəyişikliklər aydınlaşdırılır,
  • İnBody müayinəsi aparılır- bədən yağ,əzələ və s. kütləsinin fərdi göstəricilərlə cihaz vasitəsilə təyini
  • SoCheck Müayinəsi aparılır- hüceyrə daxili minerallar,ağır metallar orqanizmin daxili balansı təyin edilməsi

Bütün müayinələr sonrası fərdə uyğun xüsusi qidalanma proqramı tərtib edilir. Ehtiyac olduğu təqdirdə vitamin,minerallar qida əlavəsi kimi qəbul edilə bilər.
 

3.Təkrari nəzarət, qidalanma proqramı dəyişiklikləri

Bu mərhələdə təkrari olaraq həkim qəbulu və İnBody müayinəsi aparılır. Hazırlanmış qidalanma proqramının effektivliyi ölçülür,lazımi dəyişikliklər edilir.

 

4.Təkrari nəzarət, qidalanma proqramı dəyişiklikləri

3-cü mərhələ ilə tərkib olaraq eynidir. Dövrü həkim qəbulu proqramın effektivliyini təmin edir.

 

5.Laborator müayinələr vasitəsi ilə dəyişikliklərin monitorinqi

Bu mərhələdə əvvəlcə yenidən bir qisim analiz və müayinələr edilir,daha sonra nəticələr ilə həkim qəbuluna yaxınlaşılır. Bunlara aiddir:

 

  • 25-OH D vitamini
  • Homosistein
  • İnsulin,Qlükoza,İnsulin rezistentliyi
  • C-reaktiv zülal
  • Ferritin
  • Lipid spektri(xolesterin,triqliseridlər,LDL,HDL,VLDL,Atorgenlik indeksi)

Həkim qəbulunda isə təkrari

  • İnBody müayinəsi aparılır.

 

Müayinələr edilir,nəticələr qiymətləndirilir, qidalanma proqramı yenidən tərtib edilir. Bu mərhələ artıq proqramın 3 ayının sonuna,yəni yarısına müvafiqdir. Gözlə görünən dəyişikliklər əldə edilir.

 

6. Təkrari nəzarət, gedişatın izlənilməsi,qidalanma proqramı dəyişiklikləri

Bu mərhələdə təkrari olaraq həkim qəbulu və İnBody müayinəsi aparılır. Hazırlanmış qidalanma proqramının effektivliyi ölçülür,lazımi dəyişikliklər edilir.

7. Təkrari nəzarət, gedişatın izlənilməsi, qidalanma proqramı dəyişiklikləri

Bu mərhələdə təkrari olaraq həkim qəbulu və İnBody müayinəsi aparılır.6-cı mərhələ ilə tərkib olaraq eynidir. Dövrü həkim qəbulu proqramın effektivliyini təmin edir.

 

8. Son qiymətləndirilmələrin aparılması ,proqram sonrası tövsiyələr

Bu mərhələdə əvvəlcə yenidən bir qisim analiz və müayinələr edilir,daha sonra nəticələr ilə həkim qəbuluna yaxınlaşılır. Bunlara aiddir:

  • İnsulin,Qlükoza,İnsulin rezistentliyi
  • Lipid spektri(xolesterin,triqliseridlər,LDL,HDL,VLDL,Atorgenlik indeksi)
  • Abdominal USM(qaraciyər,öd kisəsi,mədəaltı vəzi,dalaq,böyrəklər,sidik kisəsi,sidik axarları)

Həkim qəbulunda isə təkrari

  • İnBody müayinəsi
  • SoCheck müayinəsi aparılır.

Müayinələr edilir,nəticələr qiymətləndirilir, qidalanma proqramı yenidən tərtib edilir. Proqram sonrası nəticənin davamlılığı üçün tövsiyələr verilir.

 

1-ci gün

Proqram əldə edilir,analizlər verilir.

3-5-ci günlər

Analiz nəticələri ilə həkim müayinəsi

30-33-cü günlər

Qidalanma proqramı və çəki üzərində nəzarət

59-61-ci günlər

Qidalanma proqramı və çəki üzərində nəzarət

84-85-ci günlər

Təkrar bəzi analizlər verilsin

88-90-cı günlər

Qidalanma proqramında dəyişikliklər və çəki üzərində nəzarət

118-120-ci günlər

Qidalanma proqramı və çəki üzərində nəzarət

148-150-ci günlər

Qidalanma proqramı və çəki üzərində nəzarət

174-176-cı günlər

Təkrar bəzi analizlər verilsin

178-180-ci günlər

Qidalanma proqramında son dəyişikliklər, tövsiyələr

Unutmayın sağlamlıq tərəzidə deyil,tarazlıqda başlayır!

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi