Ümumi

Bədən çəkisinin optimallaşdırılması təkcə estetik məqsəd daşımır, eyni zamanda ümumi sağlamlıq üçün olduqca vacibdir.

Vitamin və mikroelement çatışmazlığı, balanssız qidalanma, zülal, yağ və karbohidrat nisbətinin düzgün seçilməməsi, həmçinin oturaq həyat tərzi kimi faktorlar bədən çəkisinə nəzarəti çətinləşdirir. Bu isə yalnız fiziki deyil, eyni zamanda psixoloji rifaha da mənfi təsir göstərir.

Çəkidəki disbalans orqanizmdə metabolik və hormonal pozuntulara yol açmaqla yanaşı, insanın gündəlik enerjisinə və ruh halına da mənfi şəkildə təsir edə bilər.


1 aylıq çəki nəzarət proqramına daxildir:

Əsasən, 3 hissədən ibarətdir:

1. Laborator analizlər vasitəsilə ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ilkin təəssüratın yaranması

Proqramı əldə edən pasiyent ilkin mərhələdə səhər saatlarında ,ac qarına, ən azı 8 saat öncədən qida və maye qəbulunu dayandıraraq, alkoqol və siqaret istifadəsini məhdudlaşdıraraq laborator və instrumental müayinələr üçün yaxınlaşmalıdır. Bu zaman aşağıdakı müayinələr aparılır:

  • Qanın kliniki analizi
  • Sidiyin kliniki analizi
  • Abdominal USM(qaraciyər,öd kisəsi,mədəaltı vəzi,dalaq,böyrəklər,sidik kisəsi,sidik axarları)
  • EKQ

2. Həkim qəbulu,nəticələrin dəyərləndirilməsi

Edilən analiz və müayinələrin nəticələri tam əldə edildikdən sonra təqribən proqramın 3-5-ci günlərində həkim qəbuluna yaxınlaşılır. Həkim qəbulu zamanı

  • Nəticələr qiymətləndirilir,sağlamlıq vəziyyətindəki real dəyişikliklər aydınlaşdırılır.
  • İnBody müayinəsi aparılır- bədən yağ,əzələ və s. kütləsinin fərdi göstəricilərlə cihaz vasitəsilə təyini.
  • SoCheck Müayinəsi aparılır- hüceyrə daxili minerallar,ağır metallar orqanizmin daxili balansı təyin edilməsi.

Bütün müayinələr sonrası fərdə uyğun xüsusi qidalanma proqramı tərtib edilir. Ehtiyac olduğu təqdirdə vitamin,minerallar qida əlavəsi kimi qəbul edilə bilər.

3. Təkrari nəzarət, proqram sonrası dövr üçün qidalanma tövsiyyələri

Bu mərhələdə təkrari olaraq həkim qəbulu və İnBody müayinəsi aparılır. Hazırlanmış qidalanma proqramının effektivliyi ölçülür,lazımi dəyişikliklər edilir. Proqram sonrası dövr üçün balanslı qidalanmanın əsasları izah edilir. Bu mərhələ üçün proqramın 25-30-cu günlərində yaxınlaşmaq olar.


1-ci mərhələ:Proqramın 1-ci günü: Sadəcə analizlər verilsin.

2-ci mərhələ:Proqramın 3-5-ci günləri:Analiz nəticələri ilə birgə həkim qəbulu.

3-cü mərhələ:Proqramı 25-30-cu günləri:Qidalanma proqramında son dəyişikliklər və tövsiyələr.

Unutmayın sağlamlıq tərəzidə deyil,tarazlıqda başlayır!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi