Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

 

Menopauza qadınlarda menstruasiyanın təbii olaraq dayanması ilə xarakterizə olunan bir keçid mərhələsidir və adətən 45-55 yaş arası baş verir. Bu dövrdə estrogen hormonunun azalması nəticəsində istilik basmaları, yuxu pozğunluğu, əhval dəyişkənliyi, sümük əriməsi və maddələr mübadiləsində yavaşlama kimi əlamətlər müşahidə oluna bilər. Hormonal dəyişikliklər həm fiziki, həm də psixoloji narahatlıqlara səbəb ola bilər. Bu mərhələdə düzgün qiymətləndirmə və dəstək qadının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.


Check-up paketə daxil olan müayinələr:

  • FSH (Follikul Stimullaşdırıcı Hormon): Yumurtalıq follikullarının inkişafını stimullaşdırır.Menopauzada səviyyəsi artır.
  • LH (Luteinləşdirici Hormon): Ovulyasiyanı stimullaşdırır.Menopauzada səviyyəsi artır.
  • AMH (Anti-Müller Hormon): AMH səviyyəsi azaldıqca yumurtalıq funksiyası zəifləyir, menopauza yaxınlaşması və ya erkən menopauza riski barədə məlumat verir.
  • Estradiol (E2): Ən əsas estrogen hormonudur.Sümük, dəri, ürək-damar sistemi və reproduktiv sistemin qorunmasında rol oynayır.Menopauzada azalır.
  • Progesteron: Ovulyasiyadan sonra ifraz olunur. Premenopauzada qeyri-sabit olur.

 

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi