Qastroenterologiya sahəsində həzm sisteminin quruluşu və funksiyaları, həmçinin xəstəlikləri, onların müalicə və profilaktikası aparılır.
Kliniki qastroenterologiya – həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir. Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisəsi, ödçıxarıcı yollar, mədəaltı vəz daxildir.
Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olub, qaraciyər, mədəaltı vəz, öd kisəsi-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicə və profilaktikasını öyrənir.
Qastrohepatologiya –həzm sisteminin müxtəlif orqanlarının xərçənginin, öd kisə və ödçıxarıcı yollarda daş və şişlərin, bağırsağın qurd xəstəliklərinin, qaraciyərin infeksion xəstəliklərinin aşkarlanması və pasiyentin müvafiq mütəxəssisə yönləndirilməsi istiqamətində diaqnostik əhəmiyyət daşıyır.
Qida borusu xəstəlikləri
- Axalaziya
- Reflüks və ya başqa səbəbdən yaranan ezofagit
- Barret qida borusu
- Diaqfraqmanın qida borusu dəliyinin yırtığı
Mədə xəstəlikləri
- Qastrit
- Xora xəstəliyi
- Müxtəlif dispepsiya halları (ürəkbulanma, qıcqırma və gəyirmə kimi əlamətlərlə gediş alan xəstəliklər)
- Mədə sallanması
- Motorika pozuntuları
Onikibarmaq bağırsaq xəstəlikləri
- Duodenit
- Xora xəstəliyi
- Spazmlar
Nazik bağırsaq xəstəlikləri
- Müxtəlif fermentativ çatışmazlıqlar zamanı rast gəlinən xəstəliklər (Məs., Seliakiya)
- Sorulma pozuntuları, divertikulları
Yoğun bağırsaq xəstəlikləri
- Kolit
- Qıcıqlanmış bağırsaq sindromu
- Qeyri-spesifik xoralı kolit
- Kron xəstəliyi
- Bağırsaq disbakteriozu
- İshal və qəbizliklə gediş alan xəstəliklər
Qaraciyər xəstəlikləri
- Metabolik və viruslu hepatitlər
- Hemangiomalar
- Autoimmun hepatit
- Qaraciyərin alkohol xəstəliyi
- Qaraciyər piylənməsi
- Qaraciyərin dərmanlarla zədələnməsi
- Hemaxromatozlar
Öd kisəsi və ödçıxarıcı yolların xəstəlikləri
- Xolesistit
- Xolangit
- “Öd durğunluğu” ilə müşayiət olunan irsi və qazanılmış xəstəliklər
Mədəaltı vəzin xəstəlikləri
- Mədəaltı vəzin müxtəlif iltihabi xəstəlikləri
- Ekzokrin disfunksiyaları
Qastroenterologiya
Qastroenterologiya, insan bədənində həzm sisteminin fəaliyyətini, bu sistemdə yaranan xəstəlikləri və onların müalicəsini öyrənən tibbi sahədir. Qastroenterologiya mədə, bağırsaqlar, qaraciyər, yemək borusu, öd kisəsi və mədəaltı vəz kimi həyati vacib orqanların funksiyalarını izləyir və bu orqanlarda baş verən pozuntuların səbəblərini araşdırır. Bu sahə yalnız xəstəliklərin müalicəsi ilə kifayətlənmir, eyni zamanda onların qarşısının alınması, yəni profilaktikası ilə də məşğuldur.
Müasir qastroenterologiya, diaqnostik və terapevtik metodların inkişafı ilə, həzm sistemində yaranan bir çox problemi erkən mərhələdə aşkarlamağa imkan verir. Endoskopiya, kolonoskopiya, ultrasəs və laborator analizlər vasitəsilə qastroenteroloqlar dəqiq diaqnoz qoyaraq effektiv müalicə planı hazırlayırlar. Qastroenterologiya həm də qidalanma rejiminin tənzimlənməsi və metabolik pozğunluqların aradan qaldırılması üçün elmi əsaslı yanaşmalar təqdim edir.
Sağlam bir həzm sistemi üçün qastroenterologiya sahəsinin mütəxəssislərinə vaxtında müraciət etmək, uzunmüddətli sağlamlıq problemlərinin qarşısını almaq baxımından olduqca önəmlidir.
Qastroenteroloq həkim
Qastroenteroloq həkim həzm sistemi xəstəliklərinin diaqnozu, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış mütəxəssisdir. Mədə ağrıları, qıcqırma, qarında köp, ishal, qəbizlik, qaraciyər funksiyalarında pozğunluq, öd daşı və digər problemlər qastroenteroloq həkim tərəfindən müayinə olunur və müalicə edilir.
Peşəkar qastroenteroloq həkim, yalnız mövcud xəstəlikləri müalicə etməklə kifayətlənmir, həm də pasiyentin həyat tərzinə və qidalanmasına uyğun şəkildə profilaktik məsləhətlər verir. Məsələn, reflüks və qastrit kimi yayılmış xəstəliklər üçün xəstəyə uyğunlaşdırılmış pəhriz proqramları tərtib olunur. Bununla yanaşı, qastroenteroloq həkimlər müasir endoskopik texnologiyalardan istifadə edərək mədənin və bağırsaqların daxilini vizual şəkildə qiymətləndirə və lazım olduqda dərhal müdaxilə edə bilirlər.
Həzm sisteminizdə narahatlıq hiss edirsinizsə, qastroenteroloq həkim müayinəsi keçmək həm mövcud xəstəlikləri aşkarlamaq, həm də gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq baxımından faydalıdır. Sağlam Ailə-də bu sahənin peşəkarlarına müraciət edərək vaxtında və düzgün tibbi dəstək ala bilərsiniz.