“Yaşınız qədər endirim” nədir?
“Yaşınız qədər endirim” Sağlam Ailə Tibb Mərkəzinin pasiyentlərinə özəl hazırlanmış endirim kampaniyasıdır. Sağlam Ailə Tibb Mərkəzininə müraciət edən bütün pasiyentlər doğum günləri olan ayda 700-dən çox laborator müayinələrdən yaşları qədər endirim faizi ilə keçirlər. Poliklinik və instrumental müayinələr, hormonal analizlər, vitamin analizləri, ALT, AST, xolesterin, kreatinin, triqliseridlər, HDL, protrombin müddəti, CRP, Anti-TG, Anti-TPO və D-dimer analizlərinə maksimum 20% endirim tətbiq olunur. Qeyd: 17.03.2025 tarixindən etibarən yeni qaydalar tətbiq edilmişdir.
QEYD: 20 Yaşadək olan pasiyentlər bütün xidmətlərdən yaşları qədər faiz endirimi ilə keçə bilərlər.
Daha öncə Sağlam Ailə Tibb Mərkəzinin pasiyenti olmayan şəxs doğum günü olan ayda “Yaşınız qədər endirim”dən faydalanaraq müayinələrdən keçə bilər?
“Yaşınız qədər endirim” kampaniyası pasiyentlərə ilk gəlişləri zamanı tətbiq edilir. Endirimlər sadəcə 1 dəfə yox, ay ərzində olan bütün gəlişlərə şamil olunur.
Sağlam Ailə Tibb Mərkəzinin pasiyenti olan şəxs doğum günü ayında “Yaşınız qədər endirim” kampaniyası çərçivəsində ödəniş edib daha sonra bu müayinələrdən keçə bilər?
Ödəniş edildikdən 1 ay müddətində pasiyent müayinədən keçə bilər.
Bu layihənin bütün xərcləri marketinq büdcəsindən qarşılanır və əsas məqsədimiz cəmiyyətimizin sağlamlığını dəstəkləməkdir!
Doğum günü ayınızda Siz də özünüzə sağlamlıq hədiyyə edin!
Əgər Sizi kampaniya haqqında maraqlandıran digər suallarınız varsa, ətraflı məlumat üçün sosial media hesablarımızdan və saytımızın ismarıc bölməsindən bizə yaza və ya (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.
Qürurla qeyd edirik ki, Sağlam Ailə Tibb Mərkəzinin laboratoriyası – Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriyadır.