Əzələ spazmları əksərən eninəzolaqlı əzələlərində rast gəlinir. Spazm kəskin başlayır, ağrılı olur və adətən qısa çəkir. Əzələnin yüngülcə dartılması ilə ağrını azaltmaq olur. Daha çox baldır və ayaq pəncəsində rast gəlinir.
Əzələ spazmı nədir?
Əzələ spazmı nədir, sualına bu şəkildə cavab verə bilərik ki, bu problem, sinirlər tərəfindən əzələlərə ani və güclü siqnalların göndərilməsi nəticəsində baş verən qeyri-iradi yığılmadır. Bu vəziyyət, əsasən, əzələlərin isinmədən qəfil hərəkətə məruz qalması və bədənin lazımi vitamin və mineralları kifayət qədər qəbul etməməsi ilə əlaqəlidir. Əzələlərin normal şəkildə işləməsi üçün kifayət qədər miqdarda protein, maqnezium və digər qidalandırıcı maddələr tələb olunur.
Əzələ spazmı ən çox baldır və bud əzələlərində rast gəlinsə də, eyni zamanda, əllərdə, bel nahiyəsində və qarında da baş verə bilər. Xüsusilə gecə yuxudan oyanarkən və ya qəfil hərəkət etdikdə meydana çıxan bu hal, güclü ağrı hissi ilə müşayiət olunur. Adətən təhlükəli olmasa da, spazm baş verən əzələnin müvəqqəti olaraq istifadəsini çətinləşdirə bilər.
Əzələ spazmının növləri hansılardır?
Əzələ spazmlarının növləri aşağıdakı şəkildə sıralana bilər:
1. Skelet əzələlərinin spazmı
2. Glat (düz) əzələ spazmı
3. Distonik spazmlar
4. Nevroloji mənşəli spazmlar
5. Kramp tipli spazmlar
Skelet əzələlərinin spazmı ən çox idmançılar, ağır fiziki iş görən şəxslər və susuz qalan insanlarda baş verir. Ayaq, baldır və bud nahiyəsində tez-tez rast gəlinir. Əsas səbəblər arasında elektrolit balansının pozulması, əzələlərin həddindən artıq yüklənməsi və qan dövranının zəifləməsi var.
Glat (Düz) əzələ spazmı daxili orqanların əzələlərində baş verir. Mədə-bağırsaq spazmları, sidik yollarında sancılar və menstrual sancılar bu kateqoriyaya aiddir. Əsasən həzm problemləri, infeksiyalar və stress bu tip spazmlara səbəb ola bilər.
Distonik spazmlar sinir sisteminin təsirindən meydana gəlir. Əsasən boyun, üz və əllərdə rast gəlinən bu spazmlar, qeyri-iradi və uzunmüddətli ola bilir.Bəzi hallarda isə nevroloji xəstəliklərin əlaməti olaraq da distonik spazmlar meydana çıxa bilər.
Nevroloji mənşəli spazmlar, əsasən, Parkinson xəstəliyi, multipl skleroz və sinir zədələnməsi nəticəsində ortaya çıxır. Bu spazmlar adətən qeyri-müəyyən səbəblərlə meydana gəlir və davamlı olaraq təkrarlana bilər.
Kramp tipli spazmlar adətən gecə yuxuda və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra ortaya çıxır, qəfil və şiddətli olur. Əsasən ayaq və baldır əzələlərində baş verir və qısa müddət ərzində keçsə də, güclü narahatlıq yarada bilər.
Kramp tipli spazmlar adətən gecə yuxuda və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra ortaya çıxır, qəfil və şiddətli olur. Əsasən ayaq və baldır əzələlərində baş verir və qısa müddət ərzində keçsə də, güclü narahatlıq yarada bilər.
Əzələ Spazmının Mümkün səbəblər:
- Yerli qan dövranının zəif olması
- əzələnin çox işlədilməsi
- isti havada çox aktiv olmaq
- əzələ yorğunluğu
- dehidratasiya
- maqnezium və ya kalium çatışmazlığı
- Onurğa sütununun zədələnməsi
Bəzi hallarda əzələ spazmları bəzi dərman maddələrinin əlavə təsirindən yaranır. Bura furosemid, donepezil, nifedipin, raloxifen, fluvastatin kimi dərmanlar aiddir.
Belə spazmların qarşısını almaq üçün yüksək vitaminli, magnezium və kalsium bol olan qidalar qəbul etmək, çoxlu su içmək və idmandan öncə dartınma hərəkətlərini düzgün icra etmək lazımdır.
Bir-çox hallarda belə spazmlar tez keçdiyi üçün həkimə müraciət etməyə ehtiyac olmur. Amma spazmlar tez-tez rast gəlinirsə və səbəbini aydınlaşdıra bilmirsinizsə mütləq həkimə müraciət edin.
Əzələ spazmının yaranma səbəbləri: Risk faktorları
Əzələ spazmının yaranma səbəbləri olaraq əzələlərin həddindən artıq yüklənməsini, maye çatışmazlığını, uzun müddət hərəkətsiz qalmaq və ya sinir sistemi problemlərini göstərə bilərik. Bəzən spazmlar sadəcə yorğunluqla bağlı olsa da, bəzi hallarda daha ciddi tibbi vəziyyətlərin əlaməti ola bilər.
✔ Qan dövranının zəifləməsi nəticəsində əzələ spmazmı yarana bilir. Xüsusilə idman zamanı, ayaqlara kifayət qədər qan getmədikdə əzələlər oksigen çatışmazlığı yaşayır və nəticədə spazm yaranır.
✔ Sinir sıxılması: Onurğada sinirlərin sıxılması ayaqlarda və digər əzələ qruplarında ağrılı spazmlara səbəb ola bilər. Uzun müddət piyada gəzdikdə və ya eyni vəziyyətdə qaldıqda bu problem daha da güclənir.
✔ Mineral çatışmazlığı, misal üçün kalium, kalsium, maqnezium və natrium kimi mineralların bədəndə kifayət qədər olmaması əzələlərin normal işləməsini çətinləşdirir. Bu problem, xüsusilə düzgün qidalanmayan və ya müəyyən dərmanlar qəbul edən insanlarda daha çox müşahidə edilir.
✔ Maye itkisi (Dehidratasiya), yəni kifayət qədər su içməmək, xüsusilə isti havalarda və ya idman zamanı, əzələ funksiyasını pozaraq spazmlara yol aça bilər.
✔ Artıq çəki və metabolik xəstəliklər də əzələ spazmının yaranmas səbəbləri sırasındadır. Piylənmə əzələlərə daha çox yük düşməsinə səbəb olur. Eyni zamanda, şəkərli diabet, böyrək problemləri və qalxanabənzər vəzi xəstəlikləri də əzələ spazmlarının yaranmasına şərait yarada bilər.
✔ Sinir sistemi ilə bağlı problemlər, məsələn, nevroloji xəstəliklər, o cümlədən multipl skleroz və onurğa problemləri sinir ötürücülərinin düzgün işləməməsinə gətirib çıxararaq əzələ sıxılmasına səbəb ola bilər.
✔ Yaş faktorları da bu səbəblər arasına aid edə bilərik. İnsan yaşlandıqca əzələ kütləsi azalır və bədən əvvəlki elastikliyini itirir. Bu da daha tez-tez spazm və əzələ sıxılmalarının meydana çıxmasına yol açır.
Əzələ spazmlarının qarşısını almaq üçün balanslı qidalanmaq, yetərincə su içmək, müntəzəm idmanla məşğul olmaq və uzun müddət hərəkətsiz qalmamaq vacibdir. Əgər bu problem mütəmadi olaraq təkrarlanırsa, mütəxəssis məsləhəti almaq tövsiyə edilir.
Əzələ spazmının ev şəraitində müalicəsi və qayğısı
Əzələ spazmının ev şəraitində müalicəsi və qayğısı deyildikdə, bu vəziyyəti ev şəraitində bir sıra təbii üsullarla yüngülləşdirmək nəzərdə tutulur. Əzələ spazmları qəfil yaranan və bəzən güclü ağrı ilə müşayiət olunan əzələ yığılmalarıdır. Aşağıda sadaladığımız bu üsulları istifadə etməklə, ağrını nisbətən yüngülləşdirə bilərsiniz:
- Masaj və dartınma
- İsti və soyuq kompreslər
- Maye və elektrolit qəbulu
- Istirahət və stressin azaldılması
- Fiziki aktivlik
Əgər əzələ spazmları tez-tez təkrarlanır və uzun müddət davam edirsə, mütləq həkimə müraciət etmək vacibdir. Sağlam Ailə sizə bu problemin həllində dəstək olacaq və sağlamlığınıza qovuşmağınıza kömək edəcək.