Şəhid ailələri və qazilər üçün imtiyazlar:
• Şəhid ailələrinin birinci dərəcəli ailə üzvlərinə,
Qarabağ əlilləri, I qrup əlillər və onların ailə üzvlərinə,
müharibə qazilərinə (veteranlarına) — 30% endirim
• II qrup əlillərə — 20% endirim
• III qrup əlillərə — 15% endirim
Müqavilə üzrə endirimlər:
• Azərbaycan Tələbə Kartı sahiblərinə — 15% endirim
• Diplomat Kartı sahiblərinə — 20% endirim
• Ödənişli sığortalı pasiyentlərə (A-Group, Mega, Atəşgah, Ata, Sənaye, Paşa, Standart Sığorta və s.) və birinci dərəcəli ailə üzvlərinə — 20% endirim
Bonus tətbiq edilənlər:
• Həkim diplomu təqdim edən şəxslərə — 20% bonus
• Əməkdaşlıq etdiyimiz korporativ şirkətlərə — 30%-dək bonus
Bu imtiyazlardan birinci dərəcəli ailə üzvləri də (ata, ana, bacı, qardaş, övlad, yoldaş) yararlana bilər.
Qeyd: Endirim və bonuslar xaricə göndərilən müayinələrə, peyvəndlərə, check-up müayinə paketlərinə və artıq endirimdə olan müayinələrə şamil edilmir.