Healthy news

AZƏRBAYCANDA TÜRKAK AKKREDİTASİYALI İLK TİBBİ LABORATORİYA

Fəaliyyətində xidmətlərini daima təkmilləşdirməyə xüsusi önəm verən və pasiyentlərinə yüksək keyfiyyətli xidmət göstərən Sağlam Ailə Tibb Mərkəzi  üçün pasiyentlərin məmnunluğu və xidmətlərə qarşı loyallığı müstəsna əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən, Sağlam Ailə Tibb Mərkəzi  yarandığı gündən etibarən keyfiyyətli və dəqiq nəticəyə istiqamətlənmiş laborator xidmət üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Çünki pasiyentlərimizə təqdim olunan test nəticələrinin mümkün olan yüksək həssaslıqla işlənilməsi üçün hər zaman laborator prosesləri ən uyğun şəkildə icra etməyi hədəfləyirik. Bunun üçün müntəzəm şəkildə keyfiyyətə nəzarət və kalibrləmə proqramlarını həyata keçirir və laboratoriyalararası müqayisə alətlərindən istifadə edirik.

Bu məqsədlərimizə sadiq qalaraq Azərbaycan səhiyyə sistemində bir ilkə imza atdıq. Belə ki, Türkiyə Akkreditasiya Agentliyində (TürkAK) aparılan yoxlamalar nəticəsində Sağlam Ailə Tibb Mərkəzi Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriya statusu qazanmışdır.

Qazandığımız  TS EN ISO 15189 keyfiyyət nişanı tibbi laboratoriyalarda təhlükəsizliyi, pasiyentlərin və müalicəyə birbaşa cavabdeh olan klinik heyətin tələb etdiyi dəqiqliyi və keyfiyyətli xidmət göstərməyi əhatə edir.

Qeyd etmək istərdik ki, Sağlam Ailə Tibb Mərkəzi 2014-cü ildə ISO 15189:2012 sertifikatına da layiq görülmüşdür.
 

Sağlamlığınıza sadiq tərəfdaşınız - Sağlam Ailə!

2003-cü ildən bəri fəaliyyət göstərən Sağlam Ailə Tibb Mərkəzi sağlamlığınızı qorumaq və onu hər zaman ön planda saxlamaq sahəsindəki qətiyyətli mövqeyini heç vaxt itirməmişdir. Bizim üçün sağlamlıq təkcə bir xidmət deyil, hər şeydən öncə böyük bir məsuliyyətdir. Pasiyentlərimizin sağlamlığını qorumaq, onların etibarını qazanmaq və hər zaman keyfiyyətli tibbi xidmətlər təqdim etmək, bizim əsas prioritetimizdir. Hər addımımızda beynəlxalq standartlara uyğun çalışır, yüksək keyfiyyətli nəticələr əldə etmək üçün davamlı inkişaf və yeniliklərə öncülük edirik. “Sağlam Ailə” ilə sağlamlıq yalnız bir hədəf deyil, həm də bir həyat tərzidir!

İlk və Lider: TÜRKAK Akkreditasiyalı İlk Tibbi Laboratoriya

Laborator xidmətlərimiz mərkəzimizin uğurunun təməl daşıdır. Bu xidmətlərin keyfiyyətini təmin etmək məqsədilə 2021-ci ildə Türk Akkreditasiya Qurumuna (TÜRKAK) müraciət edərək, 2022-ci ildə Azərbaycanda “TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriya” statusunu qazandıq. Bu nailiyyət, tibbi laboratoriyalar üçün ən yüksək beynəlxalq keyfiyyət standartı - İSO 15189 sertifikatının əldə olunması deməkdir.

Davamlı İnkişaf və Beynəlxalq Etibar

Sağlam Ailə olaraq, beynəlxalq standartlara uyğunluğumuzu qorumaq və mükəmməllik səviyyəmizi yüksəltmək üçün bu yanaşmanı ənənə halına çevirmişik. TÜRKAK tərəfindən ciddi nəzarət və qiymətləndirmə hər il olduğu kimi, 3-4 dekabr 2024-cü il tarixlərində də həyata keçirildi. Və budur! Yoxlamalar uğurla başa çatdı və Sağlam Ailə bir daha etibarlılığını və liderliyini təsdiq etdi. Bu uğur, keyfiyyətə sadiqliyimizin və pasiyentlərimiz üçün daim ən yaxşısını təqdim etmək iradəmizin ən parlaq sübutudur!

Sağlamlığınızın Etibarlı Ünvanı

Bu nailiyyət təkcə bizim üçün deyil, sağlamlıq sahəsində keyfiyyətə dəyər verən hər bir müştərimiz üçün qürur mənbəyidir. Biz daim yenilənir, inkişaf edir və sizin üçün ən müasir, dəqiq tibbi xidmətlər təqdim edirik.

Sağlam gələcəyinizi Sağlam Ailə ilə inşa edin!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi