Medical information

Phone use can lead to dry eyes

Goz qurulugu nedir sualı bir çoxumuza maraqlıdır. Bu suala cavab olaraq çox məqamlara toxuna bilərik. Çünki, səbəblər müxtəlif faktorlardan meydana gələ bilər. Belə ki, müasir dövrdə telefon, planşet və kompüter istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Uzun müddət ekrana baxmaq isə göz quruluğu probleminin yaranmasına səbəb ola bilər. Xüsusilə fasiləsiz və diqqətli baxış zamanı göz qırpma azalır, nəticədə göz səthi kifayət qədər nəmlənmir. Bu hal diskomfort, yanma və yorğunluq hissi yaradır.

Göz quruluğu nədir və hansı əlamətlərlə özünü göstərir?

Göz quruluğu göz yaşının kifayət qədər ifraz olunmaması və ya tez buxarlanması nəticəsində yaranan vəziyyətdir. Bu zaman göz səthi lazımi qədər nəmlənmir və narahatlıq yaranır.
Ən çox rast gəlinən göz quruluğu əlamətləri bunlardır:

  • Yanma və batma hissi
  • Qızartı
  • Gözlərdə ağırlıq və yorğunluq
  • Bulanıq görmə
  • İşığa həssaslıq

Bu simptomlar uzun müddət davam etdikdə mütləq müayinə tələb olunur.

Telefon İstifadəsinin göz sağlamlığına təsiri

Telefon ekranına uzun müddət baxmaq zamanı insan daha az göz qırpır. Normalda dəqiqədə 15-20 dəfə göz qırpılırsa, ekran qarşısında bu rəqəm 2-3 dəfə azalır. Nəticədə göz yaşı bərabər paylanmır və göz quruluğu yaranır:

  • Mavi işıq göz yorğunluğunu artırır
  • Uzun fokuslanma əzələləri gərginləşdirir
  • Baş ağrısı və bulanıq görmə yarana bilər

Bu səbəbdən uzunmüddətli telefon istifadəsi göz sağlamlığına mənfi təsir göstərə bilər.

Telefon istifadəsi zamanı göz sağlamlığını necə qorumaq olar?

Göz quruluğunun qarşısını almaq üçün sadə vərdişlər çox faydalıdır:

  • 20-20-20 qaydasını tətbiq etmək (hər 20 dəqiqədən bir 20 saniyə uzağa baxmaq)
  • Tez-tez göz qırpmaq
  • Ekran parlaqlığını azaltmaq
  • Süni göz yaşı damcılarından istifadə etmək
  • Uzun istifadədə fasilələr vermək
  • Otağın rütubətini qorumaq

Bu üsullar gözlərin daha rahat və sağlam qalmasına kömək edir. Əgər göz quruluğu və digər narahatlıqlar sizi tez-tez narahat edirsə, Sağlam Ailə Tibb Mərkəzində göz müayinəsindən keçərək peşəkar diaqnoz və uyğun müalicə ala bilərsiniz. 
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi