Medical information

What is Glaucoma? Increased Eye Pressure and Its Symptoms

Qlaukoma, xalq arasında “qara su” kimi tanınan görmə sinirinin zədələnməsi ilə nəticələnən xroniki xəstəlikdir. Bu xəstəlik adətən göz daxili təzyiqin yüksəlməsi ilə başlayır və vaxtında aşkarlanmadıqda geri dönməz görmə itkisinə gətirib çıxara bilir. Xəstəlik uzun müddət gizli şəkildə irəliləyə bilir. Dünyada görmə itkisinə səbəb olan əsas göz xəstəlikləri arasında bu xəstəlik  ilk sıralarda yer alır və erkən diaqnoz həyati vacib əlamət daşıyır.

Qlaukoma (qara su) nədir və göz təzyiqi niyə yüksəlir? 

Qlaukoma nədir sualının tibbi cavabı belədir: göz daxilindəki mayenin normal dövranının pozulması nəticəsində daxili təzyiq yüksəlir və bu görmə sinirinə zərər verir. Buna bəzən də qara su xəstəliyi deyilir.
Bu xəstəliyin yüksəlməsinin səbəbləri:

  • Göz mayesinin kifayət qədər xaric ola bilməməsi,
  • Gözün drenaj sisteminin tıxanması,
  • Genetik meyillilik,
  • Yaş artdıqca riskin yüksəlməsi,
  • Uzunmüddətli steroid istifadəsi.

Müasir tibbi araşdırmalarına görə bu xəstəlik uzun müddət simptomsuz davam edə bilər, ona görə də mütəmadi müayinə olunmaq vacibdir.

Göz təzyiqinin əlamətləri və göstəriciləri 

Göz daxili təzyiq, yəni İOP yüksəldikcə xəstədə müxtəlif əlamətlər yarana bilər. 
Ən çox rast gəlinən əlamətlər bunlardır:

  • Görmədə tədrici zəifləmə
  • Görmə sahəsinin kənarlarında qaranlıq sahələr
  • Gecələr işıq ətrafında halqalar görmək
  • Daxildə ağırlıq və ya gərginlik hissi
  • Baş ağrıları

Ani kəskin qlaukoma halında şiddətli göz ağrısı, ürəkbulanma və bulanıq görmə.
Normal göz daxili təzyiq 10–21 mmHg arası hesab olunur. Bu göstərici yüksəlibsə, qlaukoma riski artır və vaxtında müayinə mütləqdir.

Qlaukoma necə müəyyənləşdirilir? 

Qlaukoma diaqnozu yalnız göz həkimi tərəfindən aparılan kompleks qiymətləndirmə ilə mümkündür. 
Diaqnostik yanaşmalara aşağıdakılar daxildir:

  • Tonometriya- daxili təzyiqin ölçülməsi,
  • Görmə sahəsi testi- periferik görmənin vəziyyətinin qiymətləndirilməsi,
  • Oftalmoskopiya- görmə sinirinin strukturunun dəyərləndirilməsi,
  • Gonioskopiya- drenaj bucağının vəziyyətinin yoxlanması,
  • OCT müayinəsi- sinir liflərinin qalınlığının ölçülməsi.

Bu testlər qlaukomanın erkən mərhələdə aşkarlanmasına və müalicəsi üçün düzgün planın seçilməsinə imkan verir.

Göz təzyiqində nə vaxt həkimə müraciət edilməlidir? 

Aşağıdakı hallardan biri müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır:

  • Görmədə tədrici zəifləmə,
  • İşıqlar ətrafında halqalar görmək,
  • Kəskin ağrı və bulanıq görmə,
  • Daxili təzyiq göstəricisinin yüksək olması,
  • Ailədə bu xəstəliyi olan şəxslərin mövcudluğu,

Xüsusilə 40 yaşdan yuxarı olan şəxslərinmütəmadi müayinədən keçməsi tövsiyə olunur. Çünki qlaukoma çox zaman gec mərhələdə aşkar edilir və görmə itkisi geri qaytarılmır. Sağlamlığınız üçün vacib olan testlərdən mütləq keçməyinizi tövsiyyə edirik. Koksaki testi üçün Sağlam Ailə-yə müraciət edə bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi