Konfranslar

"Dermatoveneroloji yenilənmə" adlı Dermatoonkologiya və Dermatoskopiya Konfransı

6 dekabr 2024-cü il tarixində Azərbaycan Dermatoveneroloqlar Assosiasiyasının (ADVA) təşkil etdiyi "Dermatovenerologiyada yenilənmələr" adlı təkmilləşmə konqresi böyük uğurla yekunlaşdı.

Konfransın məqsədi dermatovenerologiya sahəsindəki ən son yenilikləri müzakirə etmək və onların praktikada istifadəsini təşviq etmək idi. Tədbirdə mühüm mövzulardan biri olan “Dermatoonkologiya, Dermatoskopiya və Rozasea” iştirakçıların xüsusi marağına səbəb oldu.

Sağlam Ailə Tibb Mərkəzi də bu möhtəşəm tədbirdə həkim və nümayəndə heyəti ilə iştirak edərək öz töhfəsini verdi. Konqresdə həm yerli, həm də xarici ölkələrdən dəvət olunmuş professor həkimlər, aparıcı elmi işçilər və assosiasiyaların həkim üzvləri iştirak etdilər.

Tanınmış mütəxəssislər tibbin ən son nailiyyətlərini və innovativ yanaşmalarını əks etdirən dəyərli məruzələr təqdim etdilər. Tədbir zamanı iştirakçıların sualları ətraflı cavablandırıldı və interaktiv müzakirələr keçirildi.

ADVA-nın bu təşəbbüsü dermatovenerologiya sahəsində bilik mübadiləsi və peşəkar inkişaf üçün əvəzsiz bir platforma oldu.

Sağlam Ailə Tibb Mərkəzi, yeniliklərin tətbiqində daim ön sıralarda olmağa davam edir! 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi