“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, həmçinin Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarından olan 32 komanda final mərhələsində ən güclü olmaq uğrunda mübarizə aparıb.
Sağlam Ailə olaraq, gələcək nəsillərin sağlam təməllər üzərində qurulmasına dəstək məqsədilə profilaktik müayinə və tibbi maarifləndirmə istiqamətində tələbələrə xüsusi hədiyyələr təqdim etdik.