Sağlam xəbər

14 İyun – Ümumdünya Qan Donorluğu – yüzlərlə həyatı xilas edən səssiz qəhrəmanların günüdür.

Sağlam Ailə Tibb Mərkəzi olaraq, qana ehtiyacı olan insanlara dəstək məqsədilə 11 iyun tarixində Nərimanov filialımızda "Qan ver, YAŞAT!" adlı qanvermə aksiyası keçirəcəyik.

 Aksiya, Səhiyyə Nazirliyi Respublika Qan Bankının, Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunur.

 Hər birinizi bu aksiyada iştirak etməyə və sağlam həyat üçün ümid olmağa dəvət edirik!

Qanvermə aksiyası zamanı:

  • Qan vermək üçün tibbi göstəricilər yoxlanılacaq
  •  Qanvermədən əvvəl və sonra yüngül qəlyanaltı təqdim olunacaq
  • Donorların anonimliyi tam şəkildə qorunacaq
     

Gəlin, birlikdə xilas edək!
Qan ver, Yaşat!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi