Hemoqlobin nədir, sualına cavab olaraq, bu, qırmızı qan hüceyrələrində olan və oksigeni daşıyan zülaldır deyə bilərik. Qanda hemoqlobin norması insanın yaşına və cinsinə görə dəyişir, lakin adətən müəyyən bir aralıqda olur. Hemoqlobin artıran qidalar arasında qırmızı ət, ispanaq və mərci kimi dəmirlə zəngin qidalar yer alır. Hemoqlobin norması yetkin qadınlar üçün adətən 12-16 q/dL, kişilər üçün isə 14-18 q/dL arasında olmalıdır. Hemoqlobin azlığı adətən anemiya ilə əlaqəli bir vəziyyətdir və bədənin oksigen təminatını zəiflədir.
Müxtəlif xəstəliklər zamanı , həkim tərəfindən təyin olunan rutin analiz olaraq qanın kliniki analizi və ya digər adı ilə hemoqram analizində yoxlanılan göstəricilərdən biri də hemoqlobindir.
Hemoqlobin, sümük iliyində istehsal olunan və qırmızı qan hüceyrələrində(eritrositlər) saxlanılan dəmirlə zəngin bir zülaldır. Ağciyərlərə daxil olan havadakı oksigen, qandakı hemoqlobinə birləşərək digər toxumalara nəql olunur.
Toxumalarda əmələ gələn karbon dioksid oksigendən ayrılan hemoqlobinə birləşərək ağ ciyərlərə daşınır və daha sonra orqanizmdən xaric edilir. Orqanizmdə dövr edən bu həyati proses hemoqlobin zülalının daşıma xüsusiyəti ilə həyata keçirilir.
Hər bir hemoqlobin zülalı orqanizmdə 4 oksigen molekulu daşıya bilir. Bununla yanaşı eritrositlərin kürə formasını alaraq damarlarda rahat hərəkətini və qorunmasını yenə hemoqlobin zülalı həyata keçirir.
Bədəndəki dəmir miqdarını göstərən əsas parametr hemoglobin olduğundan, anemiya və ya dəmir çatışmazlığı zamanı baxılan ilk parametrdir. Hemoqlobin səviyyəsi normadan aşağı olduqda ağla gələn ilk xəstəlik anemiyadır.
Həddindən artıq halsızlıq, başgicəllənmə, nəfəs darlığı, ürək ritminin pozulması kimi şikayətləriniz varsa, hemoglobin səviyəniz aşağı ola bilər. Hemoqlobin səviyyəniz normadan yuxarıdırsa, bu qan pozğunluğu, siqaret çəkmə, ishal kimi səbəblərdən ola bilər.
Hemoqlobin dəyərindəki kəskin azalmalar orqanizmin oksigen daşıma qabiliyyətini məhdudlaşdıracağından, hemaqlobin göstəriciləri cərrahi əməliyyatdan əvvəl və sonra diqqətlə araşdırılmalıdır. Xəstənin əlavə qana ehtiyacı olub-olmayacağına dair qərarlar bu parametrə baxaraq verilə bilər
Həkimlər tez-tez hemoqlobin nədir sualını izah edərək, onun bədən üçün həyati əhəmiyyətini vurğulayırlar. Həkimlər, qanda hemoqlobin norması pozulduqda, bunun sağlamlıq problemlərinə işarə edə biləcəyini bildirirlər. Sağlam qidalanma planınıza hemoqlobin artıran qidalar daxil edərək, qanın oksigen daşıma qabiliyyətini gücləndirə bilərsiniz. Hemoqlobin norması pozulduqda, bədənin oksigen təminatı zəifləyir və bu, yorğunluğa və zəifliyə səbəb ola bilər. Hemoqlobin azlığı hiss edən şəxslər tez-tez yorğunluq, başgicəllənmə və zəiflik kimi simptomlarla qarşılaşa bilərlər.
Hemoqlobin(HGB) azlığı və səbəbləri nələrdir?
Hemoqlobin azlığı, orqanizmdə oksigen daşıyıcı rolunu oynayan hemoqlobin molekulunun normadan aşağı düşməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu hal çox vaxt fərq edilmədən inkişaf edir, lakin diqqətdən kənarda qaldıqda sağlamlıq üçün ciddi fəsadlar törədə bilər. Yüngül dərəcəli hemoqlobin azlığı zamanı insan heç bir narahatlıq hiss etməyə bilər, ancaq səviyyə daha da azalarsa, yorğunluq, diqqət dağınıqlığı, başgicəllənmə, təngnəfəslik, solğun dəri və fiziki gücsüzlük kimi əlamətlər ortaya çıxır. Bəzi hallarda ürək döyüntüsündə artım və sinir gərginliyi də müşahidə olunur. Hemoqlobin azlığı dedikdə ağıla gələn ilk xəstəlik anemiya olur, lakin bu vəziyyət təkcə dəmir çatışmazlığı ilə bağlı olmaya bilir. B12 vitamini, fol turşusu əskikliyi, xroniki xəstəliklər və ya gizli qan itkiləri də bu pozğunluğa səbəb ola bilər. Ona görə də müalicəyə başlamazdan əvvəl səbəbin dəqiq təyin olunması vacibdir.
Dəmir çatışmazlığı anemiyası
Aşağı HGB, bədənin xaricdən ehtiyac duyduğu dəmir dəstəyini qarşılaya bilməməsi, alınan dəmirin bədəndəki müvafiq hissələrə gətirilməməsi və ya xroniki qan itkisi səbəbiylə dəmir itkisi kimi səbəblər nəticəsində meydana gələ bilər.
Qan itkisi
Bədəndən qan itkisi səbəbi ilə aşağı HGB aşkar edilə bilər. Bunun səbəbi yaradan qanaxma, mədədə xora, xərçəng, hemoroid və ya tez-tez qan vermə və menstrual qanamalar ola bilər.
Vitamin B12 və ya fol turşusu(B9) çatışmazlığından qaynaqlanan anemiya
Qan hüceyrələrinin istehsalı üçün lazım olan B12 və fol turşusu kimi vitamin çatışmazlığında hemoglobin istehsalında ləngimələr olur və ya qan hüceyrələrinin forması dəyişdiyindən təsirləri azalır.
Hemolitik Anemiya
Bəzi xəstəliklərə görə qan və ya toxuma hüceyrələrinin məhv olması nəticəsində qan dövranından hemoqlobin miqdarı azalır.
Hemoqlobin quruluş xəstəlikləri
Genetik olaraq səhv hemoqlobin istehsalı nəticəsində meydana gəlir.
Bəzi dərman müalicələri
Qəbul etdiyimiz bəzi dərmanlar qırmızı qan hüceyrələrinin istehsalını poza bilər. Bu, hemoqlobin azlığına səbəb olur.
Ana südü ilə bəslənə bilməyən uşaqlar
Ana südü dəmirlə zəngin olduğundan körpələrin ana südü ilə qidalanması vacibdir. Ana südü ilə qidalana bilməyən uşaqlarda HGB azlığı ilə qarşılaşa bilər.
Hamiləliklə əlaqəli anemiya
Hamiləlik və doğuş üçün xeyli miqdarda dəmir tələb olunduğundan, dəmir çatışmazlığı anemiyası meydana gələ bilər.
Hemoqlobin (HGB) yüksəkliyi
Hemoqlobin yüksəkliyi, yəni HGB-nin normal dəyərlərindən yüksək olması bəzi narahatlıqlara səbəb ola bilər. Yüksək hemoglobin dəyəri; Qaşıntı, baş ağrısı və başgicəllənmə, həddindən artıq tərləmə, ağrılı oynaq şişməsi, anormal dərəcədə kilo itkisi, gözlərin saralması və halsızlıq kimi simptomlarla özünü göstərə bilər. Hemoqlobin yüksəkliyi dəyəri eritrositoz (polisitemiya) əlaməti ola bilər.
Polisitemiya bədənin həddindən artıq qırmızı qan hüceyrəsi istehsal etməsinə və bu səbəbdən qanın axıcılığının normadan çox qatı olmasına səbəb olur. Bu laxtalanmannın artmasına , infarkt və ya insulta səbəb ola bilər. Müalicə edilmədiyi təqdirdə, ömür boyu fəsadları olan, ölümcül ola biləcək bir vəziyyətdir.
Əvvəllər polisitemiya diaqnozu qoyulubsa, müalicə planına əməl olunur və dəyərlər hələ də yüksəkdirsə, demək müalicə planınız dəyişdirilməlidir.
Polisitemiyadan əlavə olaraq yüksək HGB dəyərlərinə səbəb ağciyər xəstəliyi, dehidratasiya, yüksək hündürlükdə yaşamaq, aktiv siqaret və tütün istifadəsi, qızdırma, qusma və həddindən artıq fiziki məşq kimi amillər səbəbindən inkişaf edə bilər.
Hemoqlobin nədir sualına cavab, orqanizmin oksigen ehtiyacını təmin edən bir komponent olduğunu göstərir. Qanda hemoqlobin norması təmin edildikdə, bədənin oksigen daşıma qabiliyyəti optimal səviyyədə olur. Həkimlər, hemoqlobin artıran qidalar haqqında məlumat verərkən, bu qidaların gündəlik rasionda olmasının vacibliyini vurğulayırlar. Həkimlər, müntəzəm qan testləri vasitəsilə hemoqlobin normasını izləyərək, sağlamlığı qorumağa kömək edirlər. Həkimlər, hemoqlobin azlığını aradan qaldırmaq üçün dəmir əlavələri və uyğun qidalanma tövsiyə edirlər.
Hamilələrdə hemoqlobin azlığı və çoxluğu
HGB dəyəri normal bir insan üçün kritik olsa da, hamiləlik dövründə HGB çatışmazlığı və ya artıqlığı xüsusi vacib və arzuolunmaz bir vəziyyətdir. Çox yüksək hemoglobin sayı ölü doğuş riskini və çox aşağı hemoglobin sayı düşüklərin olması riskini artırır.
Hamilə qadınlarda hemoglobin dəyərinin 11 - 14 g / dL olması gözlənilir. 1-ci və 3-cü trimestrlərdə 11 qr / dL-dən ,2 trimestrdə 10,5-dən aşağı səviyyəyə enməməlidir.
Hemoqlobin norması
Hemoglobin norması, insan qanında oksigen daşıyan hemoqlobin adlı zülalın miqdarını göstərir. O, bədənin həyati funksiyalarını yerinə yetirməsi üçün vacib olan göstəricilərdən biridir. Qadınlarda hemoglobin norması adətən 120–160 q/l, kişilərdə isə 130–170 q/l aralığında olmalıdır. Bu səviyyələrdən aşağı olan göstəricilər hemoqlobin azlığı (anemiya) ehtimalını artırır və yorğunluq, baş gicəllənməsi, solğun dəri, nəfəs darlığı kimi simptomlarla özünü göstərə bilər. Eyni zamanda normadan yüksək hemoglobin də diqqət tələb edir, çünki bu, susuzlaşma, ürək və ağciyər xəstəlikləri, siqaret istifadəsi və ya yüksək dağlıq ərazilərdə yaşamaqla bağlı ola bilər. Məhz buna görə də hemoglobin norması hərtərəfli tibbi qiymətləndirmə zamanı nəzərə alınmalı əsas göstəricilərdən biridir. Rutin qan analizləri vasitəsilə hemoglobin norması mütəmadi yoxlanıldıqda, bir çox xəstəliklərin erkən diaqnostikası və vaxtında müalicəsi mümkün olur.