Tibbi məlumatlar

Qida allergiyasının növləri və vacib analizlər

Qida allergiyası immun sisteminin müəyyən qidalara qarşı həddindən artıq reaksiya verməsi nəticəsində yaranan allergik vəziyyətdir. Bu reaksiyaya səbəb olan maddələrə allergen deyilir və “allergen nədir?” sualının cavabı məhz bu immun reaksiyanı başladan zülallardır. Qida allergiyalarının düzgün müəyyənləşdirilməsi üçün həkim nəzarətində qida allergiya testi aparılması vacibdir. Bu testlər allergiyanın növünü dəqiqləşdirir və müalicə prosesini daha effektiv edir. Aşağıda ən çox rast gəlinən allergiya növləri, onların səbəbləri, diaqnoz və müalicə üsulları barədə ətraflı məlumat tapa bilərsən.

Ən çox rast gəlinən qida allergiyaları 

Dünyada allergiya hallarının artması gündəlik qidalanmada daha diqqətli olmağı tələb edir. Statistik məlumatlara görə, ən çox rast gəlinən qida allergiyaları aşağıdakılardır:

  • Süd və süd məhsulları
  • Yumurta
  • Balıq və dəniz məhsulları
  • Buğda və gluten tərkibli məhsullar
  • Qoz-fındıq, badam, yerfındığı
  • Sitrus meyvələri (xüsusilə portağal)

Bu allergenlər müxtəlif yaş qruplarında fərqli simptomlara səbəb ola bilər. Buna görə allergiya şübhəsi olduqda vaxtında müayinə böyük önəm daşıyır.

Buğda Unu Allergiyası və analizi 

Buğda unu allergiyası buğda tərkibli məhsullara qarşı immun reaksiyanın yaranması ilə xarakterizə olunur. Bu allergiya gluten həssaslığı ilə qarışdırılmamalıdır. Çünki bu, tam fərqli immunoloji mexanizmdir.
Əlamətlər:

  • Dəri səpgiləri
  • Qarın ağrısı və şişkinlik
  • İshal
  • Nadir hallarda öskürək və tənəffüs çətinliyi

Diaqnoz üçün allergenə qarşı qan analizləri, eləcə də dəri testi tətbiq olunur. Buğda ununa qarşı allergiyanın təsdiqi üçün mütləq allergiya üzrə həkimə müraciət edilməlidir.

Portağal Allergiyası və analizi 
Portağal və digər sitrus meyvələri bəzi şəxslərdə yüngül və ya orta dərəcəli allergik reaksiyalara səbəb ola bilər. Portağal allergiyası daha çox uşaqlarda görülsə də, böyüklərdə də rast gəlinir.
Əlamətlər:

  • Dodaqlarda və ağız ətrafında qaşınma
  • Mədə-bağırsaq narahatlıqları
  • Dəri səpgiləri
  • Nadir hallarda nəfəs darlığı

Portağal allergiyasını müəyyən etmək üçün dəri testi və qan analizi tətbiq olunur. Qeyd edə bilərik ki, portağaldakı proteinlər immun sistemə həddindən artıq reaksiya verdiyi üçün allergiya simptomları meydana çıxır.

Allergiya testləri və analizi necə aparılır? 
Qida allergiyalarının dəqiq diaqnozu üçün tibb laboratoriyalarında bir neçə test üsulu mövcuddur. 
Ən çox istifadə edilən testlər bunlardır:
Dəri prick testi: allergenlərin dəriyə minimal dozada tətbiqi ilə reaksiyanın yoxlanması
Qanda IgE analizi: allergenə qarşı yaranan anticisimlərin miqdarının ölçülməsi
Eliminasiya-pəhriz üsulu: allergen şübhəsi olan qidanın bir müddət rasiondan çıxarılması
Bu testlər vasitəsilə allergiyanın dərəcəsi, reaksiyanın tipi və müalicə strategiyası daha dəqiq müəyyən edilir.

Allergiyanın qarşısını alma və müalicə yolları 
Qida allergiyalarının əsas müalicə prinsipi allergenin rasiondan çıxarılması və simptomlara uyğun tibbi müdaxilənin aparılmasıdır.
Allergiyanın qarşısını alma yolları:

  • Allergiya yarada biləcək qidaları düzgün tanımaq və onlardan uzaq durmaq,
  • Qida etiketlərini diqqətlə oxumaq,
  • Uşaqlarda yeni qidaları mərhələli şəkildə əlavə etmək,
  • Şiddətli allergiya halında həkimin təyin etdiyi dərmanları qəbul etmək.

Allergiyanın vaxtında müəyyən olunması çox vacibdir. Dəqiq nəticə üçün Sağlamailə-də allergiyatestindən keçə bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi