Loyallıq kartları

Pulse Plus üzvlük kartı (VIP)

    Hər birimiz sağlamlığın hər şeydən öncə gəldiyi fikri ilə razıyıq. Bəs buna nə qədər əməl edirik? 

    Gündəlik həyat tempi səbəbindən sağlamlıq ən çox ehmal edilən sahəyə çevrilib. Bu ehmal bəzi dəyişikliklərin vaxtında aşkarlanmasını çətinləşdirə və müalicənin gecikməsinə səbəb ola bilir. Buna görə də dövri müayinələr xəstəliklərin qarşısının alınmasında vacib yanaşmadır.

    Məhz bu məqsədlə hazırlanmış Pulse Plus VIP üzvlük kartı sizin üçün illik sağlamlıq bələdçisi rolunu oynayır. Kart çərçivəsində aşağıdakı üstünlüklər əldə edirsiniz

    Üstünlüklər:

    • İlkin ümumi müayinə check-up paketi:Kartı əldə etdiyiniz gün aktivləşir. Aşağıdakı istiqamtlər üzrə riski göstərir

    • Orqanizmin ümumi vəziyyəti 

    • Şəkər mübadiləsi və diabetə meyillilik

    • Ürək-damar sağlamlığı

    • Qaraciyər və böyrəklərin funksiyası 

    • Hormonal balans

    • Dəmir və vitamin çatışmazlığı riski

    • Qanın laxtalanma göstəriciləri

    • Bəzi yoluxucu infeksiyalar üçün skrininq

    • Spesifik (simptomatik) müayinə paketləri

    • Mövsümi müayinələr: Mövsüm dəyişiklikləri zamanı temperaturun enib-qalxması orqanizmin adaptasiyasına təsir edir. Bu dövrlərdə bəzi viruslar və infeksiyalar, xüsusilə tənəffüs yolu infeksiyaları daha aktiv ola bilər. Eyni zamanda ürək-damar, revmatik və digər xroniki xəstəliklərdə kəskinləşmə riski artır. 

    • Səyahət öncəsi və sonrası sağlamlıq yoxlamaları:Səyahət prosesində zehni olaraq dincəlsək də fizki yük artır, yuxu rejiminin dəyişməsi,uzun müddət oturaqlı səyahət,yeni saat qurşağı və s. stresə səbəb olur.

    Digər məlumatlar 

    • Etibarlılıq müddəti: Kart əldə etdiyiniz gündən etibarən 1 il müddətində aktivdir

    • Doğum günü ayına özəl seçilmiş 3 analizin ödənişsiz verilmə imkanı 

    • Xidmətlərdə endirim:Kart sahibi və ailə üzvləri üçün laboratoriya daxili bütün xidmətlərə 10% endirim şamil edilir

    • Ünvanda müayinə:Bakı daxili ildə 8 dəfə və ya Bakı xarici ildə 4  dəfə olmaqla, kart sahibi və hər bir ailə üzvü üçün ödənişsiz evə çağırış xidməti təqdim edilir

    • VIP xidmət: Sürətli keçid- Onlayn formada şikayətlərin dərhal qəbulu və nəticələrin təhlili edilir

    • Xüsusi fürsətlər:Üzvlük kartı sahiblərinə özəl xüsusi kampaniyalar təşkil edilir

    • Digər imtiyazlar:Kart sahibinə MRT,KT xidmətlərinə 20% endirim tətbiq edilir. Ailəyə uyğun illik sağlamlıq planları,uşaqlar üçün illik peyvənd təqvimi hazırlanır.Onlayn həkim tərəfindən ödənişsiz müayinə və sağlamlıq vəziyyətinin təhlili edilir

    Sizə zəng edək?

    Ad Soyad

    Əlaqə nömrəsi