Xroniki yorğunluq bəzən gizli vitamin-mineral çatışmazlıqları, qalxanabənzər vəzi xəstəlikləri, hüceyrə metabolizması pozğunluğu və ya iltihabi proseslərdən qaynaqlanır.Bu analizlər yorğunluğun səbəbini anlamağa, diaqnozu dəqiqləşdirməyə və təhlükəli halları erkən aşkarlamağa imkan verir.
Check-up paketə daxil olan müayinələr:
- Maqnezium (Mg): Təbii sakitləşdirici mineral, enerji sintezində və stressə cavabda vacib rol oynayır. Aşağı səviyyə → əsəbilik, çarpıntı, baş ağrısı, yorğunluq
 - Vitamin B12 (Kobalamin): Sinir sistemi və qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir Çatışmazlıq → diqqət zəifliyi, əzələ zəifliyi, tənəffüs problemləri
 - 25 OH Vitamin D: İmmunitet, sümük sağlamlığı və enerji dövranında rol oynayır. Çatışmazlıq → yuxusuzluq, əzələ ağrıları, yorğunluq.
 - Kortizol: Əsas stress hormonudur.
 - Kalsium (Ca): Hüceyrə siqnalları, sinir ötürülməsi və əzələ funksiyası üçün əsas elementdir.Əskikliyi – əzələ zəifliyi, sinir gərginliyi, yuxusuzluq ilə nəticələnə bilər.
 - Kreatinin və Qalıq Azot (BUN): Böyrək funksiyasının göstəricisidir, Kreatinin və qalıq azot yüksəldikdə-bədəndə metabolik yüklənmə və toksiklik, bu da yorğunluğa səbəb ola bilər.
 - Qanın Ümumi Analizi (QÜA): Hemoglobin, hematokrit, eritrosit sayı və digər hüceyrə göstəriciləri Anemiya, infeksiya, iltihab və ümumi bədən vəziyyəti haqqında ilkin məlumat verir.
 - TSH: Qalxanabənzər vəzin funksiyasını qiymətləndirir,yorğunluğun əsas hormonal səbəblərindəndir.
 - Dəmir (Fe): Qanda sərbəst dövr edən dəmirin miqdarıdır.
 - Ferritin: Dəmirin depo formasını göstərir, çatışmazlıq varsa yorğunluq, saç tökülməsi, diqqət zəifliyi olur.
 - Vitamin B6 (Piridoksin): hormonların sintezində iştirak edir.Əskikliyi → əsəbilik, yuxusuzluq, əzələ zəifliyi, yorğunluq.
 - Vitamin B9 (Fol turşusu): Hüceyrə bölünməsi və serotonin sintezində iştirak edir.Çatışmazlıq → əhval düşüklüyü, zehni zəiflik, anemiya.
 - CRP : İltihabi proseslərin qeyri-spesifikgöstəricisidir.
 - Omeqa-3: Yağ Turşuları Hüceyrə membranlarının elastikliyi, beyində enerji ötürülməsi və iltihabın tənzimlənməsi üçün vacibdir. Aşağı səviyyə → beyin dumanı, konsentrasiya pozğunluğu, əhval dəyişkənliyi
 
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
