Мероприятия

25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş görüş

25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş görüş keçirilmişdir.

25 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi“Sağlam Ailə” Tibb Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Tibb Mərkəzinin Bakı şəhəri Nərimanov rayonunda yerləşən filialında görüş keçirilmişdir. Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Nailə İbrahimova və Dəniz Vəliyeva, Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun əməkdaşı İradə Məmmədova iştirak etmişdir.

Görüşdə giriş sözü ilə Tibb Mərkəzinin əməkdaşı Nailə Babaşova, Dövlət Komitəsinin fəaliyyəti və həyata keçirilən layihələr barədə N.İbrahimova, eləcə də “Məişət zorakılığı” adlı təqdimatla İ.Məmmədova çıxış etmişdir. “Sağlam Ailə” Tibb Mərkəzinin kollektivinə məişət zorakılığı, onun növləri, zorakılığa məruz qalmış şəxslərə yardım, qaynar xətt barədə geniş məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Çıxışlardan sonra “Susma” və “Çinartək sığındığımız böyük ailəmiz” adlı sosial çarxlar nümayiş etdirilmişdir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi